Azpetrol Ltd

ŞİRKƏT HAQQINDA

17 illik uğurun sirri

"Azpetrol Ltd" MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.

KORPORATİV DƏYƏRLƏR

İnsanlara xidmətimizlə öndəyik

Yüksək keyfiyyət, halallıq, müştəri məmnunluğunun təmin edilməsi kimi keyfiyyətləri "Azpetrol" şirkəti yarandığı gündən özünün başlıca amalı hesab etmişdir.

ƏSAS MƏQSƏDLƏR

Ən yaxşı olmaq üçün çalışırıq

"Azpetrol" Şirkəti regionlarda iş yerlərinin açılması hesabına əhalinin məşğulluğunun təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyənləşdirmişdir.

İCTİMAİ FƏALİYYƏT

Biz sizi düşünürük

Ölkəmizin təhsil, mədəniyyət və idman sahələrinə qayğı ilə yanaşmağı özünə borc bilən "Azpetrol" Şirkəti Azərbaycanın ədəbi və mədəni irsinin qorunub saxlanılmasına və inkişafına xüsusi önəm verir.





Azpetrol Şirkətində Qurban Bayramı tədbiri keçirilib

05/10/2014

Azpetrol Şirkətində Qurban Bayramı tədbiri keçirilib

   Azpetrol Şirkətində Qurban bayramı münasibətilə tədbir keçirilib. Şirkətin baş direktoru Hüseynağa Rəhimov əməkdaşları Müqəddəs Qurban bayramı ilə əlaqədar  təbrik etmiş, onlara əmin-amanlıq, ailə səadəti, ruzi-bərəkət və işlərində uğurlar arzulayıb. 
Premium Avro - 95 markalı benzinin qiyməti aşağı salınmışdır

01/10/2014

Premium Avro - 95 markalı benzinin qiyməti aşağı salınmışdır

Dünya bazarında neftın qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq Azpetrol Şirkəti Premium benzinin satış qiymətinə yenidən baxmışdır. Belə ki, həmin markalı benzinin əvvəllər 1 litri 97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən Premium benzinin qiyməti 2 qəpik aşağı salınaraq 95 qəpiyə satılır.
Hörmətli müştərilər!

15/09/2014

Hörmətli müştərilər!

PWS modulunda bəzi düzəlişlərlə əlaqədar olaraq 15.09.2014-ci il tarixində saat 13:30 – dan  saat 14:30-a kimi  Azpetrola məxsus yanacaq kartları ilə əməliyyatlar aparmaq üçün http://pws.azpetrol.com internet səhfəsinə daxil olmaq mümkün olmayacaq.