HAQQIMIZDA

TARİX

1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə Azərbaycanın iqtisadi məkanına daxil olan "Azpetrol Ltd." MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.

Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 83 yanacaqdoldurma (YDM)5 qazdoldurma məntəqəsi (QDM) fəaliyyət göstərir.

Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə "Azpetrol"un müasir standartlara cavab verən Neftbazası istifadəyə verilmişdir. Neftbaza Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlarla, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmişdir.

Şirkət yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə 1999-cu ildə yanacaqdaşıyan maşınların Avtoparkını istismara vermişdir. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.

Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırda Şirkətdə çalışan işçilərin ümumi sayı 3200 nəfərdən çoxdur.

MİSSİYAMIZ

Yüksək keyfiyyət, halallıq, müştəri məmnunluğunun təmin edilməsi kimi keyfiyyətləri "Azpetrol" şirkəti yarandığı gündən özünün başlıca amalı hesab etmişdir.

"Azpetrol" Şirkəti xüsusi ilə də regionlarda iş yerlərinin açılması hesabına əhalinin məşğulluğunun təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyənləşdirmişdir.

Tutduğu vəzifədən, malik olduğu səlahiyyətdən asılı olmayaraq əməkdaşlarımızın qarşısında qoyulan başlıca tələb - ciddi nizam-intizam, qarşılıqlı etimad və tələbkarlıq, peşə bilik və bacarıqlarıının daim təkmilləşdirilməsi, müştəri məmnunluğunun təmin edilməsini gündəlik işin şüarına çevrilməsidir.

Biz yeganə deyilik, lakin ən yaxşı olmağa can atırıq.

RƏHBƏRLİK






Kərimli Əli

Baş direktorun birinci müavini

Məmmədov Ceyhun

Baş direktor






Xudaverdiyev Etibar

Baş direktorun müavini

 

NAİLİYYƏTLƏR

  • 2016
  • 09 İYUN 2016

    13-cü Beynəlxalq “Caspian Energy Award 2016” və 1-ci Beynəlxalq “Caspian Business Award 2016” mükafatlarının təntənəli təqdimat mərasimi keçirilmişdir. Caspian European klubun qızıl üzvlərindən olan “Azpetrol” şirkəti “Göstərilən xidmətin yüksək keyfiyyətinə görə” nominasiyası üzrə “Caspian Business Award 2016” mükafatına layiq görülmüşdür.

  • 05 FEVRAL 2016

    2015-ci ilin nəticələrinə görə «Azeri Business Award-2015» Milli Mükafatının təqdimetmə mərasimində Azərbaycanın öndə olan şirkətlərindən 70-dən çox nümayəndə iştirak edib. Onların arasında diplomatlar, aparıcı iş adamları, ölkə iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən menecer və mütəxəssislər olub. Azpetrol şirkəti “Müştəri məmnunluğu və yüksək keyfiyyət” nominasiyasında qalib olub.

  • 2015
  • 16 DEKABR 2015

    “Company of the Year” milli mükafatının 2015-ci ilin yekunları üzrə təqdimat mərasimində Azpetrol şirkəti növbəti dəfə “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “İlin Şirkəti” mükafatına layiq görülmüşdür.

  • 24 APREL 2015

    “UĞUR” Milli Mükafatının 15-ci təntənəli yubiley təqdimetmə mərasimində 2014-cü ilin nəticələrinə görə, Azpetrol şirkəti “Paytaxtın yaşıllıq kompozisiyasına və ekoloji mühitinə verdiyi töhfələrə görə” nominasiyasında Ugur-2014 mükafatına layıq görülmüşdür.

  • 11 MART 2015

    Caspian European Club və Caspian Energy International Media Group-un dəstəyi ilə Beynəlxalq Caspian Energy Forumu və “Caspian Energy Award 2015” mükafatının 12-ci təqdimat mərasimində növbəti dəfə “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Caspian Energy Award 2015” mükafatı

  • 2014
  • 16 DEKABR 2014

    “Azeri Business Award” Milli Mükafatının qaliblərinin mükafatlandırılması mərasimində “Müştəri məmnunluğu və yüksək keyfiyyət”  nominasiyası üzrə  “Azeri Business Award 2014” milli mükafatı

  • 10 DEKABR 2014

    “İlin Şirkəti” mükafatının təqdimat  mərasimində növbəti dəfə “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “İlin Şirkəti” mükafatı

  • 24-25 OKTYABR 2014

    BID (Business Initiative Directions) Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın  51 ölkəsindən olan müxtəlif  şirkətlərin iştirakı ilə mükafatlandırma mərasimində xidmətdə yüksək keyfiyyət, liderlik, yeni texnologiya və innovasiyaların tətbiqinə görə brilliant kateqoriyasında “WQC World Quality Commitment” mükafatı

  • 12 MART 2014

    Beynəlxalq “Caspian Energy Integration Award 2014” mükafatının sayca 10-cu yubiley təqdimat mərasimində "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyasında “Caspian Energy Integration Award” mükafatı 

  • 2013
  • 14 MAY 2013

    “Brand of Azerbaijan” Mükafatının təqdimat mərasimində “İlin Brend Yanacaq Markası” nominasıyasında mükafat

  • 27-28 APREL 2013

    BID (Business Initiative Directions) Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 52 ölkəsindən olan müxtəlif  şirkətlərin iştirakı ilə mükafatlandırma mərasimində xidmətdə keyfiyyət və mükəmməllik prinsiplərinə ciddi  riayət etməsinə görə brilliant kateqoriyasında “International Quality Crown” mükafatı

  • 24 APREL 2013

    “UĞUR” Milli Mükafatının növbəti, sayca 13-cü təqdimetmə mərasimində 2012-ci ilin nəticələrinə görə “Sahənin lideri. Yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasında mükafat

  • 10-12 APREL 2013

    Avropa Biznes Assambleyası (Europe Business Assembly) və Britaniya Direktorlar İnstitutunun London şəhərində keçirilən Liderlər Sammitində (Summit of Leaders) fəaliyyətində Avropa standartlarına uyğun intellektual və texnoloji yeniliklər tətbiqinə görə “Avropa keyfiyyəti” (European Quality Award) mükafatı

  • 2012
  • 27-28 MAY 2012

    BID (Business Initiative Directions) Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 76 ölkəsindən olan müxtəlif şirkətlərin iştirakı ilə mükafatlandırma mərasimində xidmətdə keyfiyyət, liderlik, yeni texnologiya və innovasiyaların tətbiqinə görə platin kateqoriyasında “International Quality Summit” mükafatı

  • 4-5 MAY 2012

    BID (Business Initiative Directions) Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 76 ölkəsindən olan müxtəlif şirkətlərin iştirakı ilə mükafatlandırma mərasimində şirkətin Baş direktoru Hüseynağa Rəhimov  "Manager of the year" ("İlin Meneceri") medalı ilə  təltif edilmişdir