"Azpetrol" yeni yanacaqdoldurma məntəqələrini istifadəyə verdi

"Azpetrol" yeni yanacaqdoldurma məntəqələrini istifadəyə verdi

21.12.2015

18-19 dekabr 2015-ci il tarixlərində "Azpetrol" şirkəti özünün 3 yeni yanacaqdoldurma məntəqələrini istifadəyə verdi. Beyləqan, Gəncə və Samux rayonunda yerləşən bu məntəqələr şirkətin sayca 84-cü, 85-ci və 86-cı yanacaqdoldurma məntəqələridir. Yeni məntəqələrin açılışı mərasimində şəhər İcra Hakimiyyətlərinin başçıları və digər qonaqlar da iştirak edirdilər.

Məntəqələrin açılışı zamanı şirkətin baş direktoru Ceyhun Məmmədov qeyd etdi ki, yeni yanacaqdoldurma məntəqələrinin açılışı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən xüsusilə əlamətdardlr. Şirkətin rəhbəri daha sonra qeyd etdi ki, yeni məntəqələrin istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması məsələsi həll olunur ki, bu da şirkətin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Еyni zamanda Gəncə şəhərində müştərilərin rahatlığını təmin etmək üçün hər cür şəraitə malik olan yeni Motel də istifadəyə verildi.

"Azpetrol" yaxın gələcəkdə Bakı şəhərində və Tərtər rayonunda da yeni yanacaqdoldurma məntəqələrinin açılışını nəzərdə tutur.