“Ana harayı” abidəsi ziyarət edilib

“Ana harayı” abidəsi ziyarət edilib

26.02.2020

Bu gün "Azpetrol" şirkətinin rəhbərliyi və kollektivi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq “Ana harayı” abidəsini ziyarət ediblər. “Ana harayı” abidəsinin önünə əklil qoyulmuş, soyqırım zamanı həlak olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!