"Azpetrol" “BAKU OPEN – 2016” Beynəlxalq Şahmat festivalının uşaq turnirinə baş Sponsorluq etdi

"Azpetrol" “BAKU OPEN – 2016” Beynəlxalq Şahmat festivalının uşaq turnirinə baş Sponsorluq etdi

21.09.2016

4 - 12 sentyabr 2016-cı il tarixdə "BAKU CRYSTAL HALL"-da "BAKU OPEN 2016” beynəlxalq şahmat festivalının uşaq turniri keçirilmişdir.

2004-cü il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Naxçıvan MR, Gəncə, Sumqayıt, Mingəçevir, Füzuli, Ucar, Ağdam, Lənkəran, Zaqatala, Zərdab, Xızı və Salyan 111 nəfər uşaqlar (onlardan 33 nəfəri qızlardır) iştirak etmişdir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. 

Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse - prezidenti, Bakı şəhərində keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, 42-ci Ümumdünya Şahmat Olimpiadasının baş hakimin müavini, beynəlxalq dərəcəli hakim Anastasiya Sorokina, 42-ci Ümumdünya Şahmat Olimpiadasının hakimi, beynəlxalq dərəcəli hakim Ülkər Umudova, turnirin rəsmi sponsorları olan "Azpetrol" şirkətinin nümayəndəsi Arzu Ağayeva, Azərsun şirkətlərinin nümayəndəs Rza Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər.

Paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov turnirin yekun hesabatı haqqında geniş məlumat verdikdən sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək tədbir iştirakçılarını təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır.

Sonda qaliblər,müvafiq dərəcəli diplomlar və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.