“Azpetrol” “BakuBus” STQ terminalını istifadəyə verdi.

“Azpetrol” “BakuBus” STQ terminalını istifadəyə verdi.

05.04.2021

4 aprel 2021-ci il tarixindən etibarən “Azpetrol Ltd” MMC-yə məxsus BakuBus STQ terminalı istifadəyə verildi.

Stansiya STQ mühərriki ilə təchiz olunan “BakuBus” MMC-nin istifadəsindəki avtobusları yanacaq ilə fasiləsiz təmin edəcəkdir.

BakuBus STQ terminalının məhsuldarlığı 1 saata 15 000 kubmetrdir.

QDM-də texnoloji avadanlıqlarının quruluşu, tərkibi və xüsusi birləşmə sxemi sayəsində eyni vaxtda 1 ədəd ilə 14 ədəd arasında istənilən sayda dispenserin (dolum kalonkası) çalışdırılması mümkündür. Bu da, eyni vaxtda minimum 1, maksimum 14 avtobusun doldurulmasına imkan verir və doluma veriləcək avtobus sayına əlavə heç bir limit tətbiq etməyə ehtiyac yoxdur.

Bu məntəqənin texnoloji prosesləri tam avtomatlaşdırılıb. QDM-nin bütün avadanlıqlarına və proseslərinə operator otağından və mərkəzi ofisdən nəzarət etmək üçün, QDM uzaqdan nəzarət sistemi ilə komplektləşdirilib.

İstifadəyə verilən QDM həm yeni iş yerlərinin yaranmasına, həm də iqtisadi və ekoloji cəhətdən daha sərfəli yanacaq növündən istifadəyə imkan yaradır. Bu stansiyalar həm iqtisadi, həm də ətraf mühitin qorunması və ekoloji baxımdan çox effektlidir.

Azpetrol- Daim inkişafa doğru!