“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” mükafatına layiq görülüb

“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” mükafatına layiq görülüb

17.12.2021

Dekabrın 17-də Caspian Energy Club Yeni il bayram ziyafəti və “Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimat mərasimini keçirib. Təşkil edilmiş mərasimdə ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə “Caspian Energy Award - 2021” beynəlxalq mükafatı təqdim edilib. Mükafat alanlar sırasında “Azpetrol” şirkəti də var. Belə ki, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Azpetrol Ltd” MMC “Caspian Business Award - 2021” mükafatına layiq görülüb. Azpetrol – Daim inkişafa doğru!