“Azpetrol” şirkəti aztəminatlı ailələrə yardım  edib

“Azpetrol” şirkəti aztəminatlı ailələrə yardım edib

17.04.2020

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ayrı-ayrı idarə, müəssisə, təşkilat və şirkətlər xüsusi karantin rejimi müddətində aztəminatlı ailələrə dəstək olur, onlara hər cür yardım edirlər. Bu xeyirxah təşəbbüsə “Azpetrol” şirkəti də qoşulub. Belə ki, şirkət 17 aprel 2020-ci il tarixində Balaxanı qəsəbəsində yaşayan 50 aztəminatlı ailəyə ərzaq yardımı etmişdir.