"Azpetrol” şirkəti 20 yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib
20.01.20231990-cı il yanvarın 20-də baş vermiş qanlı faciədən 33 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilən bu tarix, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Hər il olduğu kimi, “Azpetrol” şirkətinin rəhbərliyi və kollektivi ölkəmizin müstəqilliyi uğrunda Şəhid olanların xatirəsini böyük ehtiramla yad edib, Şəhidlər Xiyabanını ziyarət edərək, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub və həlak olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla anıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!