“Azpetrol” şirkəti  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Tut tingləri yarmarkası təşkil edib

“Azpetrol” şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Tut tingləri yarmarkası təşkil edib

04.12.2021

4 dekabr 2021-ci il tarixində Mərdəkanda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində tut tingləri paylanılıb. "Azpetrol” şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkada vətəndaşlara ETSN-in tinglik sahələrində yetişdirilən 500-ə yaxın tut tingi hədiyyə edilib. Bu cür tədbirlərin keçirilməsində məqsəd ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və ölkəmizdə bu aksiyaların ənənə halını almasına şərait yaratmaqdır. Azpetrol-Daim inkişafa doğru!