“Azpetrol” şirkəti Türkiyəyə dəstək məqsədilə 120.000 dollar ianə etdi

“Azpetrol” şirkəti Türkiyəyə dəstək məqsədilə 120.000 dollar ianə etdi

10.02.2023

Qardaş ölkə Türkiyənin bir neçə şəhərində baş vermiş güclü zəlzələ nətic əsində zərər çəkmiş şəxslərə dəstək məqsədilə “Azpetrol” şirkəti Türkiyənin yardım fonduna 120.000 dollar ianə edib.Şirkətimiz adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edir.