“Azpetrol” şirkətinin rəhbərliyi Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anır

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anır

12.12.2022

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anım gününü ehtiramla anır. Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Azpetrol” şirkətinin rəhbərliyi və kollektivi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər, Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar. Daha sonra şirkətin rəhbərliyi oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar. Allah rəhmət etsin...