“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” seçilib
18.12.2024“Caspian Energy Club” 18 dekabr tarixində “Caspian Business Award 2024” – 11-ci Beynəlxalq Mükafatının təqdimetmə mərasimini təşkil edib. “Caspian Business Award 2024” – Beynəlxalq Mükafatının nominantları “Caspian Energy Club”-a daxil olan şirkətlərin rəhbərləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib. Sorğunun nəticələrinə görə, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasının qalibi “Azpetrol” şirkəti seçilib. Təqdimetmə mərasimində dövlət qurumlarının, “Caspian Energy Club”- a üzv şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Azpetrol – Daim inkişafa doğru! Əlaqə: 957