“Azpetrol” şirkəti xeyriyyə tədbiri keçirib

“Azpetrol” şirkəti xeyriyyə tədbiri keçirib

13.08.2021

“Azpetrol” şirkəti korporativ sosial məsuliyyət prinsipləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı Ərazi Məşğulluq filialı ilə birgə 44 gün davam edən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə ərzaq yardımı edib. Yardımlar 4 saylı Ərazi Məşğulluq filialının əhatə etdiyi Binəqədi, Şuşa və Nərimanov rayonlarında yaşayan şəhid ailəsinə çatdırılıb. Azpetrol- Daima İnkişafa Doğru!