Azpetrol şirkətinin 19 yaşı tamam olur

Azpetrol şirkətinin 19 yaşı tamam olur

15.07.2016

Bu gün Azpetrol şirkəti yaranmasının 19 illiyini qeyd edir! Bu əlamətdar gün münasibəti ilə şirkətin əməkdaşları üçün bayram naharı təşkil olunmuşdur. Tədbir zamanı şirkətin baş direktoru Ceyhun Məmmədov bütün əməkdaşları təbrik etmiş, onlara xoş arzularını çatdırmışdı. “Azpetrol LTD “ MMC 15 iyul 1997- ci il tarixində Bakı şəhərinin Tibilisi prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlamışdır. Şirkətin əsas fəaliyyəti Azərbaycanda yanacağın pərakəndə və topdan satışını təşkilindən ibarətdir. Hal-hazırda “Azpetrol “ şirkətinin respublikanın əksər bölgələrini əhatə edən 81 yanacaq-doldurma və 5 qazdoldurma məntəqəsi fəaliyyət göstərir. Yüksək keyfiyyət, halallıq, müştəri məmnunluğunun təmin edilməsi kimi keyfiyyətləri "Azpetrol" şirkəti yarandığı gündən özünün başlıca amalı hesab etmişdir.