KARYERA

İŞ ŞƏRAİTİ

"Azpetrol" şirkətinin uğurlarının başlıca səbəbi onun hər zaman düzgün kadr siyasətini aparması ilə bağlıdır.

Şirkətin işəgötürmə prosesi bir çox müxtəlif mərhələləri əhatə edir, belə ki, bu mərhələlərdə namizədlərin həm texniki və intellektual bilikləri və bacarıqları, həm də böyük kollektivdə sağlam şəkildə işləmək və münasibət qurmaq bacarıqları kimi şəxsi və peşəkar keyfiyyətləri yoxlanılır. Seçim prosesinin hər mərhələsi tam şəffaf və qərəzsiz şəkildə həyata keçirilir.

Biz "Azpetrol" şirkəti olaraq sıralarımızda çalışmaq üçün seçilmiş peşəkar insanlara elə bir həvəsləndirici və stimulverici iş mühiti təklif edirik ki, burada hər bir kəsin karyera müstəvisində yüksəlmək, inkişaf etmək və uğur əldə etmək imkanı olsun. Bunun üçün bizim işçilərdən yalnız səylə çalışmaq, işində əsl peşəkar olmaq yeganə və ən başlıca şərtdir.

Müştəri tələblərinin daim nəzərə alınması, peşəkarlıq, bilik və bacarıqların inkişafı üçün daim öz üzərində iş, şirkətə yüksək dərəcədə sadiqlik, etika normalarına ciddi riayət və fəal, dinamik münasibət "Azpetrol" şirkətinin işçilərinin rəhbər tutduğu prinsiplərdir.

PEŞƏKAR İNKİŞAF VƏ TƏLİM

"Azpetrol" şirkətinin ən böyük sərvəti onun işçiləridir və biz öz işçi heyətimizin davamlı olaraq inkişaf etməsini arzulayırıq. Özünün mövcud bilik və bacarıqlarını təkmilləşdirmək niyyətində olan insanlar burada daim dəstək alır. Bu məqsədlə "Azpetrol" şirkətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzində işə namizədlər lazımı biliklərə yiyələnirlər, fəaliyyətdə olan əməkdaşlar isə təcrübəli müəllimlərin köməyi və nəzarəti altında mövcud peşəkarlıq səviyyələrini artırırlar. Kadrlar şöbəsi tərəfindən göndərilən hər bir təcrübəçi Təlim-Tədris Mərkəzində yüksək səviyyədə hazırlanır, tədris keçdiyi ixtisas üzrə nəzəri və praktiki bilikləri tam mənimsəyir, peşakarlıq dərəcəsinə yiyələnməklə yanaşı şirkətin davranış qaydalarını dərindən öyrənir. TTM-də tədris prosesi şirkətin rəhbərliyi tərəfindən təsdiq edilmiş dərs cədvəlinə əsasən təcrübəçilərlə daim ideoloji-tərbiyəvi işlər aparılır və müştərilərə göstərilən xidmət səviyyəsini yüksəldilməsi məqsədi ilə praktiki işlər üzərində daim işlər görülür. Tədris bitdikdən sonra namizədlərdən imtahan qəbul edilir və imtahana əsasən işçilər seçilir.