“Azpetrol”da plastik kartlar
Hazırda dünyanın 200-dən artıq ölkəsində pul dövriyyəsi sahəsində plastik kartlardan istifadə edilir. Qərbin sənayecə inkişaf etmiş ölkələrində plastik kartlar daha geniş tətbiq edilərək və çek kitabçalarını tədricən sıxışdırdı. Kartların ən böyük üstünlüyü həm də ondadır ki, pulumuzun oğurlanmasını minimumlaşdırır. Yəni əgər kart itirilərsə, Şirkətin baş ofisinə xəbər verib və ya Şəxsi kabinetinizə daxil olmaqla kartı blok etmək mümkündür.
“Azpetrol” şirkəti də 2002-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ sistemini tətbiq etmiş, 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının artması ilə əlaqədar olaraq yeni texnologiyaların imkanları nəzərə alınmaqla tərəfimizdən daha müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online “ proqramının tətbiqinə başlanılmışdır.
2006-cı ildən etibarən yanacaqdoldurma məntəqələrində müştərilərə Master Card, və Visa Card plastik kartlar vasitəsilə ödəniş etmək imkanı yaradılmışdır.
2017-ci ildə isə “Azpetrol” şirkəti müştəri rahatlığını təmin etmək məqsədilə yanacaq kartlarının satışının təşkil edilməsində daha bir addım atdı.
Müştərilər yanacaq kartlarını sifariş etməklə yanacağa sərf olunan xərcləri optimallaşdırmış və effektiv nəzarət mexanizminə sahib olmuş olurlar. Belə ki, bundan sonra müştərilərin yanacaq kartı alması üçün şirkətin Baş ofisinə gəlməsinə ehtiyac duyulmur. Artıq müştərilər şirkətin saytına daxil olaraq online yanacaq kartı sifariş verə bilirlər.