“Azpetrol” Dövlət Məşğulluq Agentliyi ilə birgə Ramazan  bayramı ərəfəsində xeyriyyə tədbiri keçirdi

“Azpetrol” Dövlət Məşğulluq Agentliyi ilə birgə Ramazan bayramı ərəfəsində xeyriyyə tədbiri keçirdi

28.04.2022

Aprelin 28-də “Azpetrol” şirkəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə birgə qarşıdan gələn Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçirib. Korporativ sosial məsuliyyət çərçivəsində şirkət tərəfindən Sumqayıt şəhərində yaşayan 70 aztəminatlı ailəyə ərzaq yardımı edilib. Yardımlar Agentliyin müvafiq ərazi üzrə filialının əməkdaşları ilə birgə həmin ailələrin ünvanlarına aparılaraq çatdırılıb. “Azpetrol” - Daim İnkişafa Doğru!