“Azpetrol” şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə vətəndaşlara tinglər paylayıb

“Azpetrol” şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə vətəndaşlara tinglər paylayıb

26.03.2022

26 mart 2022-ci il tarixində Şabran şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində sərv, tuya, gilas, xurma və heyva tingləri paylanılıb. "Azpetrol” şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə vətəndaşlara ETSN-in tinglik sahələrində yetişdirilən tinglər hədiyyə edilib. Bu cür tədbirlərin keçirilməsində məqsəd, ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə, onlara dəstək olmaq, təbiətə töhfə vermək və ölkəmizdə bu aksiyaların ənənə halını almasına şərait yaratmaqdır. Azpetrol-Daim inkişafa doğru!