Azərbaycanda ilk dəfə keçirilən Xankəndi - Bakı ultra marafonunda “Azpetrol” YDM-i dayanacaq nöqtəsi kimi seçildi.
04.03.2024Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Xankəndi - Bakı ultra marafonu keçirilib. İştirakçıların “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa, fevralın 29-u Xankəndidə start verilib. İştirakçılar bir neçə dayanacaq nöqtələrini qət edərək, ən son yoxlanış nöqtəsi kimi, 4 mart tarixində 94 sayli “Mayak” Azpetrol yanacaqdoldurma məntəqəsini təyin ediblər. İdmançılar buradan keçərkən qısa fasilə ilə dincəlib, finiş nöqtəsinə üz tutublar. Ultra marafonda ümumilikdə 64 idmançı iştirak edib. Qalibləri təbrik edirik və uğurlar arzulayırıq.