Azpetrol” şirkəti 20 yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.
20.01.20241990-cı il yanvarın 20-də baş vermiş qanlı faciədən 34 il ötür. Yanvar faciəsi Ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Hər il olduğu kimi, “Azpetrol” şirkətinin rəhbərliyi və kollektivi “Şəhidlər Xiyabanı”nı ziyarət edərək, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub və həlak olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla anıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!