“Azpetrol”  Siyəzəndə yeni, ikinci yanacaqdoldurma məntəqəsini açdı.

“Azpetrol” Siyəzəndə yeni, ikinci yanacaqdoldurma məntəqəsini açdı.

23.06.2018

23 iyun 2018-ci il tarixində “Azpetrol” şirkəti Siyəzən rayonunun Yenikənd kəndində, Quba- Bakı magistral yolunun üstündə özünün yeni yanacaqdoldurma məntəqəsini açdı. Bu, “Azpetrol”un sayca 89-cu yanacaqdoldurma məntəqəsidir. Yeni məntəqənin açılışında Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak edirdilər. Məntəqənin açılışı zamanı “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd etdi ki, “Azpetrol” şirkətinin yaranması, inkişafı və uğurla fəaliyyət göstərməsi Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda sahibkarlığın inkişafı və iqtisadiyyatın tərəqqisi sahəsində görülən işlərin nəticəsində mümkün olmuşdur. Daim artan yüksəlişlə inkişaf edən iqtisadi siyasətin bəhrəsi olaraq “Azpetrol” şirkəti artıq ötən dövr ərzində respublika iqtisadiyyatında əhəmiyyətli rol oynayan çoxlu milli şirkətlər içində özünün layiqli yerini tutmaqdadır. Şirkətin Baş direktoru daha sonra vurğuladı ki, Prezident İlham Əliyev cənablarının iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sənədlər strateji əhəmiyyət daşıyır. Cənab Prezidentin qeyd etdiyi kimi: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılassın”. “Azpetrol” şirkətinin əsas məqsədi respublika iqtisadiyyatının özəl sektorunda tutduğu mövcud mövqeyini qoruyub saxlamaq və daha yüksək nailiyyətlər əldə edərək iqtisadiyyatımızın inkişafına töhfələr verməkdir. Siyəzəndə yeni məntəqənin istifadəyə verilməsilə 29 daimi iş yerinin açılması məsələsi həll olunur ki, bu da şirkətin prioritet istiqamətlərindən biridir. “Azpetrol” şirkəti bundan sonra da yanacaqdoldurma məntəqələr şəbəkəsini genişləndirməyi planlaşdırır. Belə ki, hazırda Şirkətin Bakı şəhərində, Salyan, Kürdəmir və Şamaxı rayonlarında da yanacaqdoldurma məntəqələrinin tikintisi davam etdirilir.