Azpetrol” şirkəti 20 yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

Azpetrol” şirkəti 20 yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

20.01.2022

Hər il olduğu kimi bu il də “Azpetrol” şirkətinin rəhbərliyi və kollektivi Ümumxalq Hüzn Günündə 20 yanvar şəhidlərinin xatirəsini yad edib. Rəhbərlik və kollektiv qanlı faciənin 32-ci il dönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərək, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub və soyqırım zamanı həlak olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla anıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!