“Azpetrol” şirkəti Təşəkkürnamə ilə təltif edilib.

“Azpetrol” şirkəti Təşəkkürnamə ilə təltif edilib.

03.12.2021

Kiçik və Orta Biznesinin İnkişafı Agentliyinin İdarə Heyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə 20-dən çox müəssisə, əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, bununla onların rifahı naminə aparılan dövlət siyasətinə sosial məsuliyyət prinsipi ilə yaxından dəstək olduğu üçün “TƏŞƏKKÜRNAMƏ” sertifikatı ilə təltifləndirilib. Təşəkkürnaməyə laiq görülənlər sırasında “Azpetrol” şirkəti də yer alıb. Azpetrol-Daim inkişafa doğru!