“Azpetrol” şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə vətəndaşlara tinglər paylayıb

“Azpetrol” şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə vətəndaşlara tinglər paylayıb

17.03.2022

17 mart 2022-ci il tarixində Mərdəkanda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində şam, sərv, nar, ərik və badam tingləri paylanılıb. "Azpetrol” şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə vətəndaşlara ETSN-in tinglik sahələrində yetişdirilən tinglər hədiyyə edilib. Bu cür tədbirlərin keçirilməsində məqsəd, ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə, onlara dəstək olmaq, təbiətə töhfə vermək və ölkəmizdə bu aksiyaların ənənə halını almasına şərait yaratmaqdır. Azpetrol-Daim inkişafa doğru!