“Azpetrol” şirkəti Suqovuşan qəsəbəsində sayca 97-cı yanacaqdoldurma məntəqəsini istismara verdi
25.11.2022Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, yanacaqdoldurma məntəqələrinin sayını və əhatə dairəsini genişləndirməkdə davam edir. 25 noyabr tarixində “Azpetrol” şirkəti işğaldan azad olunmuş ərazilərdə 3-cü, Respublika üzrə isə 97-cı yanacaqdoldurma məntəqəsini istismara verdi. İşğaldan azad edilən ərazilərdə “Azpetrol” brendi altında fəaliyyət göstərən növbəti modul tipli yanacaqdoldurma məntəqəsi Suqovuşan qəsəbəsi ərazisində yerləşir. Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Premium və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 4 yeni iş yeri yaradılıb. Beləliklə, “Ağalı YDM”, “Hadrut YDM” və “Suqovuşan YDM”-nin işçilərini nəzərə alaraq, “Azpetrol” şirkəti işğaldan azad edilmiş ərazilərdə artıq 13 daimi iş yerinin açılmasını təmin edib. “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 97 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir. Azpetrol – Daim inkişafa doğru!