“Azpetrol” şirkəti sayca 107-ci və növbəti modul tipli yanacaqdoldurma məntəqəsini istismara verdi.
19.10.2024Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, Strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir. Oktyabr ayının 19-u “Azpetrol” şirkəti sayca 107-ci və növbəti modul tipli yanacaqdoldurma məntəqəsini "İmprotex" MMC-nin avtobus bazasının ərazisində istismara verdi. Açılış mərasimində “Azpetrol” şirkətinin Baş direktoru Ceyhun Məmmədov, Improtex Şirkətlər Qrupunun prezidenti Fizuli Ələkbərov “BakuBus” şirkətinin direktoru Hikmət Qəribov, “Improtex Trucks and Buses” şirkətinin direktoru Fərid Abdullayev ilə yanaşı bir sıra dövlət orqanlarının və özəl müəssisələrin rəsmi nümayəndələri də iştirak edib. Yeni modul tipli yanacaqdoldurma məntəqəsinin avtopark ərazisində quraşdırılmasında məqsəd, şəhərlərarası sərnişindaşıma prosesində iştirak edən “BakuBus” MMC-ə məxsus avtobusların yanacağa olan tələbatının ödənilməsindən ibarətdir. Yeni məntəqədə 2 yanacaq pompası quraşdırılıb və 4 yeni iş yerinin yaradılması təmin edilib. “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 107 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 110 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 20 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir. Azpetrol – Daim inkişafa doğru!