“Azpetrol” şirkətinin rəhbərliyi və əməkdaşları Ulu Öndərin 100 illik yubileyi ərəfəsində Heydər Əliyev Mərkəzində olublar

“Azpetrol” şirkətinin rəhbərliyi və əməkdaşları Ulu Öndərin 100 illik yubileyi ərəfəsində Heydər Əliyev Mərkəzində olublar

10.04.2023

“Azpetrol” şirkətinin rəhbərliyi və əməkdaşları, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası çərçivəsində Heydər Əliyev Mərkəzində olublar. Şirkətin Baş Direktoru Ceyhun Məmmədovun rəhbərliyi ilə əməkdaşlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş ekspozisiyalarla yaxından tanış olublar. Mərkəzin əməkdaşları tərəfindən “Azpetrol” kollektivinə dünya memarlığının nadir incilərindən sayılan və Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış Mərkəzinin dizaynı, eləcə də əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən çox maraq doğuran bölümü isə Heydər Əliyev Muzeyidir. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunur.