RON-95 markalı “Premium” yanacağının qiymət artımı ilə bağlı açıqlama

RON-95 markalı “Premium” yanacağının qiymət artımı ilə bağlı açıqlama

13.01.2017

2014-cü ildən ölkə daxilində A-95 markalı benzinin istehsalı dayandırılmışdır. Bununla əlaqədar olaraq, Respublikamıza sözügedən yanacağın əvəzinə daha keyfiyyətli, Avro-5 standartlı RON-95 markalı “Premium” yanacağı idxal olunmaqla “Azpetrol Ltd.” MMC tərəfindən gətirilir və yanacaq doldurma məntəqələrində satışı həyata keçirilir.

Son zamanlar dünyada iqtisadi böhranın mövcudluğu, Azərbaycan manatının ABŞ dolları qarşısında ucuzlaşması, eyni zamanda dünya bazarında neft və neft məhsullarının qiymətinin qalxması, ölkəmizdə satışı həyata keçirilən Avro-5 standartlı RON-95 markalı “Premium” yanacağının qiymətinin 12 yanvar 2017-ci il tarixindən 0.95 qəpikdən 1.05 manata artırılmasına zəmin yaratmışdır.