SMS Məlumatlandırma
12.07.2017"Azpetrol" şirkəti 1997-ci ildən Respublikamızda yanacağın topdan və pərakəndə satışını həyata keçirir. “Azpetrol” Şirkətinin yaranması ilə respublikamızda əhaliyə xidmətin yeni yüksək mərhələsi formalaşdı ki, bu da bizə iqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələri standartlarına uyğun işləmək və fəaliyyət göstərmək şansı verdi. Belə ki, Şirkətin xidmət sahəsində istehlakçı ilə yeni münasibətlər formalaşdı. Şirkət 2001-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline” sistemini tətbiq etmiş, 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının artdığını və 6500-dən yuxarı olduğunu, kartların sayı isə 100.000-ni ötdüyünü nəzərə alaraq tərəfimizdən daha müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online” proqramının tətbiqinə başlanılmışdır. "Azpetrol" şirkəti daim müştərilərinin rahatlığını və onlara yüksək xidmət göstərmək barədə düşünür. Şirkət eyni zamanda həmişə yenilik axtarışındadır. Belə ki, "Azpetrol" bu günlərdə müştərilərin rahatlığını nəzərə alaraq yeni SMS məlumatlandırma xidmətini istifadəyə vermişdir. Bu xidmət özündə aşağıdakı siyahıda olan SMS məlumatlandırma tiplərini cəmləşdirir. Kart istifadəçiləri üçün SMS məlumatlandırma 1.Karta vəsaitin yüklənməsi Menecerlər üçün SMS məlumatlandırma 1.Hesaba vəsaitin yüklənməsi 2.Hesabda vəsaitin bitməsi haqqında Siyahıda göstərilən SMS xidmətləri "Azpetrol" şirkətinin yaranmasının 20 illiyi ilə əlaqədar olaraq müştərilərə hədiyyə olunur. Bu xidmətin aktiv edilməsi üçün Nağdsız hesablaşmalar şöbəsi ilə əlaqə saxlaya bilərsiniz. Adını brend olaraq tanıdan, xalqın inamını qazanan Şirkətin əsas məqsədi Azərbaycan iqtisadiyyatının özəl sektorunda tutduğu mövcud mövqeyini qoruyub saxlamaq və daha yüksək nailiyyətlər əldə edərək iqtisadiyyatımızın inkişafına töhfələr verməkdir. Və gələcək uğurlar naminə daim xalqın xidmətindədir.