“Total” şirkətinin “AS24” törəmə şirkəti ilə “Azpetrol LTD” MMC arasında Müqavilənin imzalanma mərasimi keçirilmişdir
29.01.202029.01.2020-ci il tarixdə “Total” şirkətinin “AS24” törəmə şirkəti ilə “Azpetrol LTD” MMC arasında Müqavilənin imzalanma mərasimi keçirilmişdir. Müqavilə “Azpetrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın “AS24” kartları vasitəsilə satışı sahəsində əməkdaşlığı nəzərdə tutur. İmzalanma mərasimində Fransa “AS24” şirkətinin prezidenti Manuel Olivier, şirkətin Şərqi Avropa üzrə vitse-prezidenti Paolo Martignoni, şirkətin Gürcüstandakı filialının rəhbəri Reşid Can, “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut, “Azpetrol LTD” MMC-in baş direktoru Ceyhun Məmmədov və şirkət əməkdaşları iştirak etmişlər.