Ölkəmizdə fəaliyyət göstərən “Wyndham Garden Baku” hoteli bu gün 2 yaşını qeyd edir.
Turistlərin rahatlığını düşünərək onlar üçün hər cür şərait yaradan “Wyndham Garden Baku” hoteli 25 oktyabr 2022-ci ildən fəaliyyət göstərir. Hotelin rəsmi açılış mərasimi 27 yanvar 2023-cü ildə baş tutub.
Hotel, ümumilikdə 88 otaq, konfrans və 15 nəfərlik iclas zalı, banket zalları, restoran, SPA və Fitness xidmətlərini qonaqlara təklif edir. Xan Çinar zalı 100-160 nəfərlik, Şam zalı isə 40-60 nəfərlikdir.
Ən əsası isə hava limanından və şəhər mərkəzindən cəmi 15 dəqiqə məsafədə yerləşən “Wyndham Garden Baku” hotelində, qonaqların rahatlığını nəzərə alaraq xüsusi transfer xidməti fəaliyyət göstərir.
Hotelin 100 nəfərə yaxın peşəkar və gülərüz personalı qonaqlara yüksək xidmət göstərir. “Wyndham Garden Baku” hoteli müxtəlif tədbirlərin, əlamətdar günlərin, banketlərin və şənliklərin keçirilməsinə tam uyğundur.
Hoteldəki “Magnolia” restoranının təcrübəli aşpazları tərəfindən hazırlanan milli və xarici təamlar, öz dadı ilə sizi məftun edəcək.
Bundan başqa, hotelin tərkibində fəaliyyət göstərən “Olive SPA & Wellness” mərkəzi, qonaqların asudə vaxtının həm maraqlı, həm də faydalı keçirməsi üçün nəzərdə tutulub. Burada 25 m uzunluğunda hovuz, kardio və fitness zalları, fin və rus saunaları (bura kisə, köpüklü masaj və bədən skrabı xidmətləri daxildir), türk hamamı, çoxsaylı masaj və müalicə otaqları qonaqların tam ixtiyarına verilib.
Həmçinin “Vitamin Bar”, idman zalı və fitnes xidmətləri də mövcuddur ki, burada siz peşəkar təlimçilərlə istədiyiniz bədən formasına sahib ola bilərsiniz.
Qeyd edək ki, “Wyndham Garden Baku” hoteli “Azpetrol” şirkətinə məxsusdur. “Wyndham Garden Baku” hoteli ilin bütün fəsillərində qonaqlara yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır.