Azpetrol-da karyera yalnız iş deyil, eyni zamanda inkişaf və yeni imkanlardır. Biz peşəkar heyətimizə dəstək verir, təlimlər keçirik və hər kəsə uğurlu gələcək qurmaq üçün şərait yaradırıq.
Azpetrol-da karyera yalnız iş deyil, eyni zamanda inkişaf və yeni imkanlardır. Biz peşəkar heyətimizə dəstək verir, təlimlər keçirik və hər kəsə uğurlu gələcək qurmaq üçün şərait yaradırıq.
Şirkətin işəgötürmə prosesi bir çox müxtəlif mərhələləri əhatə edir, belə ki, bu mərhələlərdə namizədlərin həm texniki və intellektual bilikləri və bacarıqları, həm də böyük kollektivdə sağlam şəkildə işləmək və münasibət qurmaq bacarıqları kimi şəxsi və peşəkar keyfiyyətləri yoxlanılır. Seçim prosesinin hər mərhələsi tam şəffaf və qərəzsiz şəkildə həyata keçirilir.
Biz "Azpetrol" şirkəti olaraq sıralarımızda çalışmaq üçün seçilmiş peşəkar insanlara elə bir həvəsləndirici və stimulverici iş mühiti təklif edirik ki, burada hər bir kəsin karyera müstəvisində yüksəlmək, inkişaf etmək və uğur əldə etmək imkanı olsun. Bunun üçün bizim işçilərdən yalnız səylə çalışmaq, işində əsl peşəkar olmaq yeganə və ən başlıca şərtdir.
Müştəri tələblərinin daim nəzərə alınması, peşəkarlıq, bilik və bacarıqların inkişafı üçün daim öz üzərində iş, şirkətə yüksək dərəcədə sadiqlik, etika normalarına ciddi riayət və fəal, dinamik münasibət "Azpetrol" şirkətinin işçilərinin rəhbər tutduğu prinsiplərdir.
Azpetrol şirkətində işə qəbul prosesi şəffaf və ədalətli şəkildə həyata keçirilir. Namizədlərin ixtisası, təcrübəsi və bacarıqları diqqətlə qiymətləndirilir, uyğun olanlar müsahibəyə dəvət edilir. Seçimlər mərhələli şəkildə aparılır və ən uyğun namizədlər işlə təmin olunur.
Namizədlər işə qəbul üçün müraciətlərini (anket) insan resursları şöbəsinə təqdim edirlər.
İnsan resursları şöbəsi hər bir müraciəti diqqətlə nəzərdən keçirir, namizədin ixtisası, iş təcrübəsi, bacarıqları və işlə bağlı gözləntilərini qiymətləndirir.
Təhlildən sonra tələblərə uyğun namizədlər müəyyən edilir və növbəti mərhələyə keçid edirlər.
Uyğun namizədlər İnsan resursları üzrə mütəxəssis və müvafiq departamentin direktoru ilə müsahibəyə çağırılırlar.
Bəzi hallarda namizəd şirkət rəhbərliyi ilə də müsahibədən keçə bilər.
Müsahibə nəticələri dəyərləndirilir və uyğun namizədin işə qəbul edilib-edilməməsi barədə qərar verilir.
“Azpetrol” şirkətinin ən böyük sərvəti onun işçiləridir və biz öz işçi heyətimizin davamlı olaraq inkişaf etməsini arzulayırıq. Özünün mövcud bilik və bacarıqlarını təkmilləşdirmək niyyətində olan insanlar burada daim dəstək alır.
Bu məqsədlə “Azpetrol” şirkətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzində işə namizədlər lazımı biliklərə yiyələnirlər, fəaliyyətdə olan əməkdaşlar isə təcrübəli müəllimlərin köməyi və nəzarəti altında mövcud peşəkarlıq səviyyələrini artırırlar.
İnsan resursları şöbəsi tərəfindən göndərilən hər bir təcrübəçi Təlim-Tədris Mərkəzində yüksək səviyyədə hazırlanır, tədris keçdiyi ixtisas üzrə nəzəri və praktiki bilikləri tam mənimsəyir, peşəkarlıq dərəcəsinə yiyələnməklə yanaşı şirkətin davranış qaydalarını dərindən öyrənir.
TTM-də tədris prosesi şirkətin rəhbərliyi tərəfindən təsdiq edilmiş dərs cədvəlinə əsasən təcrübəçilərlə daim ideoloji-tərbiyəvi işlər aparılır və müştərilərə göstərilən xidmət səviyyəsini yüksəltmək məqsədilə praktiki işlər üzərində daim çalışılır. Tədris bitdikdən sonra namizədlərdən imtahan qəbul edilir və imtahan nəticələrinə əsasən işçilər seçilir.